Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə! - DYP-dən AÇIQLAMA

Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, bu səbəbdən vətəndaşlar xaricə səfər edə bilmir. Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bu məqamda Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:
“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.
Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar.
Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir”.
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO
Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO
Qəfil vəziyyətlərə hazır olun! - DYP-dən XƏBƏRDARLIQ
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində məktəblərdə yol təhlükəsizliyi tədbirləri keçirilir - VİDEO
Yol polisi Formula 1 günlərində təhlükəsizliyi bu cür təmin edir - FOTOLAR - VİDEO
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR












