Yol polisi moped və moto idarə edən sürücülərə xəbərdarlıq etdi - 40 manat CƏRİMƏ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşması, xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:
“Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik”.
“Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”, - DYP rərmisi vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












