Narkotik çəkib maşın sürdü - Polisdən qaça bilmədi

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən Elxan Cəfərovun narkotik vasitə qəbul etdiyinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub. E.Cəfərovun barəsində toplanmış material məhkəməyə göndərilib.
Bundan başqa, keçirilən profilaktik tədbirlər zamanı təhlükəsizlik və işıq cihazlarından istifadə etməyən, sürücülük hüququ olmadan və ya sərxoş halda nəqliyyat vasitələrini idarə edən, normadan artıq qaz tullantısı ixrac edən və digər qayda pozuntularına yol verən avtomobil sahibləri də aşkar edilib. Polis əməkdaşları həmin sürücülərlə profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarının tələblərini xatırladıblar. Bildirilib ki, bu qaydalara riayət edilməsi həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir. Qeyd edilən qayda pozuntularına yol verən 19 sürücü barəsində inzibati protokol tərtib edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












