Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib:
"Belə ki, paytaxt sakini Vasif Hüseynlinin idarə etdiyi “Honda” markalı avtomobil ödənilməmiş cərimələri olduğu üçün Bakı-Quba yolunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib".
Məlumatda qeyd edilib ki, müayinə zamanı V.Hüseynlinin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
"Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib"- deyə BDYPİ-nin məlumatında deyilir.

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












