Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini İlham Ağamirov yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.
İ.Ağamirov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












