Narkotikin təsiri ilə "TIR" idarə edən şəxs həbs olundu - FOTO

Lənkəranda narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs olunub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan “DAF" markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı üçün ondan müvafiq müayinədən keçməsi tələb edilib. Lakin sürücü, Lənkəran rayon sakini Orxan Ağazadə polis əməkdaşının qanuni tələbinə məhəl qoymadan nəqliyyat vasitəsini yüksək sürətlə, digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla idarə edərək oradan uzaqlaşsa da bir qədər sonra saxlanılaraq müvafiq müayinədən keçirilməsi təmin edilib. Onun psixotrop maddə istifadə etdiyi müəyyən edilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs edilməklə 400 manat cərimə olunub.

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












