Nazir tıxac yaradan sürücülərlə bağlı tapşırıq verdi – Vətəndaşlar mənzil başına rahat çatmalıdır

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində tıxacdan və onun səbəblərinin aradan qaldırılmasından danışıb.
Avtosfer.az xəbər verir ki, nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.
General-polkovnik V.Eyvazov həmçinin daxili işlər orqanlarının dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, Baş İdarənin şəxsi heyəti xidməti borcunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Məhəbbət Tərlanoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












