Sürücü yol polisinə film kimi hadisə yaşatdı - Azərbaycanda - VİDEO
Yol polisi
29 Yanvar 2021 10:24

Mikroavtobus sürücüsü yol polislərinə sözün əsl mənasında film kimi hadisə yaşadıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 90 UD 678 dövlət nömrə nişanlı, “Mercedes sprinter” markalı avtomobilin sürücüsü 1997 təvəllüdlü, Tərtər rayon sakini Kərimli Mətləb Teymur oğlu mikroavtobusa normadan artıq sərnişin götürüb. Qaradağ rayon ərazisində yerləşən stasionar postda YPX əməkdaşlarının saxla işarəsinə tabe olmayıb. Yol boyu qaydaları pozan sürücü Nəvai postunda növbəti dəfə saxlanılmağa cəhd göstərilib. Lakin sürücü növbəti dəfə tabesizlik göstərib. Hətta maşını YPX əməkdaşlarının üzərinə sürüb. Yenidən qaçan sürücünü yol polisləri Kürdəmir rayonu ərazisində saxlamağa müvaffəq olublar. Sürücü aidiyyəti üzrə Kürdəmir rayon polis idarəsinə təhvil verilib. Araşdırma zamanı məlum olub ki, sürücünün müvafiq kateqoriyası yoxdur. Eyni zamanda avtomobil atasına məxsusdur. Sürücü və avtomobilin sahibi barəsində müvafiq protokollar tərtib olunub. Toplanmış materiallar əsasında sürücü məhkəmənin qərarı ilə 7 gün müddətində inzibati qaydada həbs olunub.
Orxan
Oxunub : 7596
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












