Nizami rayonunda "BMW" ilə avtoşluq edən sürücü saxlanıldı - FOTO

Bakının Nizami rayonu ərazisində qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-SE-059 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü, paytaxt sakini Hacıyev Tamerlan Arif oğlu manevr qaydalarını ardıcıl olaraq pozaraq avtoxuliqanlıq hərəkətləri edib. Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmədə sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi), 510-cu (xırda xuliqanlıq) və 511.3 (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması) maddələri ilə təqsirli bilinərək sürücülük hüququ 1 il məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimə edilib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












