Nizamidə "avtoşluq" edərək video yayan sürücü həbs edildi – Vəsiqəsi alındı - VİDEO

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində kobud qayda pozaraq videoya çəkən və sosial şəbəkədə paylaşan sürücü yol polisi tərəfindən müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, 77-GT-216 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 2000-ci il təvəllüdlü Ülvi Rahib oğlu Məhərrəmli Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən sürücü Ülvi Məhərrəmli 15 gün müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, qayda pozan sürücüylə bağlı bir gün öncə saytımızda xəbər dərc olunub. Belə ki, o, avtoxuliqanlıq edərək yoldan keçən piyada və sürücülərə təhlükə yaratmışdı.
Nərmin
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












