Yüksək sürətlə avtomobil idarə edən sürücüləri nə gözləyir? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yüksək sürətlə avtomobil idarə edən sürücülərə müraciət edib. NİİM-dən Avtosfer.az-a daxil olan müraciətdə deyilir ki, yüksək sürət, düzgün manevr etməmə: “Yol Hərəkəti Haqqında” qanunda əksini tapmasına baxmayaraq, bir çox hallarda əksər sürücülərin diqqətə almadığı bu qaydalar sonda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Halbuki dəfələrlə xəbərdarlıq edilməsinə və bu istiqamətdə maarifləndirici videolar paylaşılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan hadisələr baş verir: "Sürücülərə bir daha xatırladırıq edir ki, “Yol Hərəkəti Haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda diqqətli olmağı və yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












