Parklanmaya icazəsi olan avtomobilə yazılan cəriməyə məsul qurum tapılmır - FOTO

Vətəndaş Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi protokoldan şikayətçidir.
Bildirilib ki, “Formula-1” Azərbaycan Qran-prisi zamanı avtomobilinin parklanma icazəsi olsa da, ona cərimə yazılıb:
“Maşını park edəndə orada Yol Patrul Xidməti (YPX) maşını və xidmətin iki əməkdaşı var idi. Həmin gün şikayətimi bildirdim. Səhəri gün yenə də orada dayanan YPX əməkdaşına problemi bildirdim. Dedilər ki, “cərimə yazılmaması üçün kameralar söndürülmüş olmalıdır, amma yenə də şikayət et”. Dəfələrlə şikayət etmişəm, amma baxılmır və cərimə də hesabımda qalır. Nəticədə üstünə faiz gəlir”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi çəkib, məsələni də onlar aydınlaşdırmalıdırlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ qurumun səlahiyyətində deyil:
“Bu məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi baxır”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












