Bakıda "patı" çəkib avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO

Paytaxtın Nizami rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edərək qayda pozan narkoman sürücü həbs olunub. Avtosfer.az xəbər verir ki, mayın 9-da saat 18:21 radələrində Heydər Əliyev prospektində 90-FS-468 dövlət nömrə nişanlı, "Honda CIVC" markalı avtomobilin sürücüsü 1996-cə il təvəllüdlü Xəlilov Röyal Hüseyin oğlu yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü saxlamaq istəyərkən o, avtoxuliqanlıq hərəkətlərinə yol verib. Yol polisləri sürücünü saxlayan zaman onun hərəkətlərində şübhə yarandığı üçün narkoloji testdən keçiriblər. Məlum olub ki, sürücü narkotik maddələrin təsiri altındadır.
Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə zamanı sürücü Xəlilov Röyal Hüseyin oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə), 511.1.1 (Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlər) və 331.1 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddələri ilə təqsirli bilərək sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 20 gün inzibati qaydada həbs qərarı çıxarıb.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












