Patrul avtomobilləri gizli yerdə dayanaraq sürücüləri cərimələyir? - DYP açıqlama yaydı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq cərimələməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BDYPİ-dən Avtosfer.az-a verilən məlumata görə, son vaxtlar bəzi şəxslər sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər:
"Görünür məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir.
Belə ki, "Yol hərəkəti hаqqındа" Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara riayət etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












