Pirallahıda yol polisi ekoloji reyd zamanı 20 sürücünü saxladı; 8-i cərimələndi - VİDEO

Pirallahı rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Pirallahı rayon Polis İdarəsinin DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.
Reyd zamanı avtomobillərdən ixrac olunan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülər barəsində tədbir görülüb.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərlə maarifləndirici söhbət apararaq qanunvericiliyin tələblərini izah edib. Qeyd edib ki, ətraf mühitin qorunması olduqca vacibdir. Bunun üçün də sürücülər idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Tədbir zamanı 20-yə yaxın nəqliyyat vasitəsi saxlanılaraq yoxlanılıb. Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Sürücülərin bəzilərinin avtomobilləri normalara cavab verdiyi üçün yol polisi onlara təşəkkür edib. Ümumilikdə, reyd zamanı saxlanılan 20 sürücüdən 8-nə cərimə yazılıb.
Səfər
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO



















