Yol polisi təhlükəsizlik həftəsinə başladı - "Piyadalar, diqqətli olun!"
Yol polisi
26 Aprel 2021 11:22

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. BDYPİ-dən Avtosfer.az-a daxil olan məlumatda deyilir: "Görülən qabaqlayıcı tədbirlərlə ölkəmizdə piyada vurma hadisələrinin, həmçinin bu hadisələr zamanı ölən və yaralananların sayı əvvəlki illərlə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin, eyni zamanda yol hərəkəti qaydalarının məhz piyadalar tərəfindən pozulması hallarının qarşısının alınması istiqamətində görülən inzibati tənbeh və təbliğat tədbirlərinin, xüsusilə azyaşlılar və gənclər arasında aparılan maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulur.
Elə bu səbəbdən respublika ərazisində bu gündən başlayaraq may ayının 3-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına qarşı nəzarət-profilaktiki tədbirlərin artırılması ilə yanaşı, hərəkət marşrutlarında yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya onların yenilənməsi, eləcə də ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla kütləvi informasiya vasitələri və ictimai təsisatlarla birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin canlandırılması nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün piyadaları diqqətli və intizamlı olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir".
Emin
Oxunub : 1806
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












