"Piyadavurma zamanı yalnız sürücü günahkardır, yoxsa…?" – DYP rəsmisi AÇIQLADI - VİDEO

Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Avto FM-də yayımlanan “Qaydaları pozma” verlişində efirə dinləyici tərəfindən ünvanlanan "niyə piyadavurma hallarında sürücülər məsuliyyət daşıyır piyadalara isə məsuliyət nəzərdə tutulmur" sualına qanuni izah verib. Avtosfer.az xəbər verir ki, Araz Əsgərli bildirib ki, cinayət hadisəsinə çevrilmiş yol-nəqliyyat hadisələrinə ölkəmizdə hüquqi qiymət verilməsi vahid məhkəmə təcrübəsi ilə deyil aparılan ibtidai istintaqın nəticəsinə bağlıdır. “Cəmiyyətdə elə fikir formalaşdırılıb ki bu cür hadisələrlə bağlı qərarı polis verir. Bu kökündən yalnış yanaşmadır. Cinayət işi üzrə aparılan ibtidai istintaq prokurorluq tərəfindən aparılan prosesual nəzarət və yekunda məhkəmənin qərarı ilə təqsirkar və zərərçəkən müəyyən edilir ki, bu da mövcud qanunvericiliyin tələbidir.”
Araz Əsgərli onu da əlavə edib ki, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsində nəzərdə tutulan məsuliyyət yəni qəza şəraitində hadisədən yayınmaq üçün sürücünün bütün imkanların qiymətləndirilməsi tələbi hadisədən sonra aparılan araşdırmanı kifayət qədər mürəkkəbləşdirir. “Lakin unutmamalıyıq ki, bu qanuni tələbdir. Odur ki, sürücülərdən diqqətli, piyadalardan isə səhlənkar olmamaq tələb edilir.”
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












