Polis Ağalıda şagirdlərlə ilk dəfə maarifləndirmə tədbiri keçirib - FOTO

Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağalı kənd tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə mənfi təsir göstərməsindən danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olduğunu, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsini, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb. Erkən nikah mövzusuna da toxunan rəis, bu cür problemlərin baş verməməsi üçün təhsilin vacibliyindən bəhs edib. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirməyi, mütəmadi şəkildə mütaliə ilə məşğul olmalarını tövsiyə edib. Daha sonra çıxış edənlər narkotik asılılığın və erkən nikahın fəsadlarından, cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.
Sonda maraq doğuran suallar cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















