Polis buna görə maşını cərimə meydançasına aparır - FOTO

Azərbaycanda da yol polisi analoji davranış nümayiş etdirə bilər.
Avtosfer.az xəbər verir ki, İsveçrədə havaların bir gecədə kəskin soyuması sürücülərin vəsiqələrinin kütləvi surətdə alınmasına, avtomobillərin istismardan kənarlaşdırılmasına səbəb olub.
Belə ki, güclü qar və buz gecə ərzində bütün avtomobillərin üstünü örtüb. Sürücülər isə maşınların alın şüşələrinin bir hissəsini təmizləyərək yola çıxıblar. Problem də elə buradan başlayıb: qanuna görə sürücü alın şüşəsi, arxa və yan şüşələr, nömrə nişanları və faraları qar və buzdan tam təmizlədikdən sonra yola çıxmalıdır. Bundan başqa, şüşəsilən mayenin səviyyəsi və tərkibi düzgün olmalı, şüşəsilənlərin rezinləri qaydasında olmalıdır. Ən əsası, qış təkərləri ilə hərəkət edilməlidir. Qaydalara əməl etməyən sürücülər 8% təşkil edir.
Kəskin şaxta və qar olacağı təqdirdə Azərbaycanda da yol polisi analoji davranış nümayiş etdirə bilər. Avtomobil istismarına dair tələblər baxımından bizimlə İsveçrənin qanunvericiliyi çox da fərqlənmir. Bizdə də nömrə nişanı oxunmayan, işıq cihazları və şüşəsilənləri qaydasında olmayan avtomobilə görə yol polisi tam qanuni şəkildə cərimə yaza, zəruri hallarda isə maşını istismardan kənarlaşdıra bilər.
Vüqar
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














