Polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyasında fəal iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə "Talassemiyadan əziyyət çəkən və qana ehtiyacı olan digər xəstələr üçün təşkil olunmuş qanvermə aksiyası" keçirilib. Gerçəkləşən humanist aksiyada Salyan Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib.
Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiblər, daha sonra isə qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyada iştirak etməyi özlərinə vətəndaşlıq borcu, xəstə soydaşlarımızla həmrəylik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, yığılmış qan hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














