"Polis günü" polisləri belə sevindirdilər - FOTO - VİDEO

2 İyul “Polis günü” münasibətilə “Jurnalistika və İnkişaf Mərkəzinin” təşəbbüsü və Avtosfer.az saytının dəstəyi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Nərimanov və Səbail və digər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları təbrik olunub. Xidmət apardıqları ərzilərdə, o cümlədən Rayon Dövlət Yol Polisi Şöbələrində pandemiya dövründə xidmətləri olmuş əməkdaşlara təşəkkürnamələr verilib. “Jurnalistika və İnkişaf Mərkəzinin” rəhbəri Elməddin Muradlı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Avtosfer.az saytının redaktoru Orxan Əli yol polisi əməkdaşlarını təbrik ediblər. Bildirilib ki, istər xüsusi karantin rejimində, istərsə də digər vaxtlarda insanların təhükəsizliyinin təmin olunmasında yol polislərinin müstəsna xidmətləri var.
Onlar əhalinin təhlükəsizliyi ilə yanaşı yol hərəkətinin tənzimlənməsi istiqamətində mühüm işlər görüblər.
Həmçinin qeyd olunub ki, Bakının Binəqədi, Suraxanı və Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi bütün göstəricilər üzrə Bakı şəhərində ön sıralardadır.
Polis əməkdaşları göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər. “Sirab” şirkəti tərəfindən təqdim olunmuş hədiyyələr də polis əməkdaşlarına verilib.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ































































