Polis paytaxtda reydlərə başladı

“Bakıda mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri ilə bağlı reyd başlayıb”.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov danışıb.
O bildirib ki, qanunda dəyişikliyə əsasən mühərrikin həcmi 50 kub/sm və ondan yuxarı mexaniki nəqliyyat vasitələrinin sürücülərindən A1 kateqoriyası olan sürücülük vəsiqəsi qeydiyyatı tələb olunur.
“Həmin mexaniki nəqliyyat vasitələrinin sürücülərindən A1 kateqoriyası olan sürücülük vəsiqəsi qeydiyyatı tələb olunur. Olmayanlarla da maarifləndirici söhbət aparılır. Hələ ki, inzibati tədbir görülməyib. Profilaktik tədbirlər davam etdirilir”.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilən dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri qeydiyyatdan keçməlidirlər. Onlarda A1 sürücülük vəsiqəsi olmalıdır. (oxu.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












