Polis qayda pozan taksi sürcüsünü cərimələyə bilmədi - SƏBƏB

ABŞ-də Finiks (Phoenix) yol polisi xidmətinin əməkdaşı “Waymo” şirkətinə məxsus pilotsuz taksini hərəkətin əks istiqamətinə keçdiyi üçün saxlayıb. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, polis əməkdaşı “Jaguar I-Pace” markalı avtomobilə yaxınlaşıb, lakin sükan arxasında heç kimi görməyib.
Bundan sonra o, bort telekommunikasiya sistemi vasitəsilə “Waymo” sürücüyə yardım nümayəndəsi ilə danışaraq “sizin nəqliyyatınız bir neçə dəfə hərəkətin əks istiqamətinə çıxıb” - deyə izah edib. Danışdığı şəxüs isə ona cavab verib ki, sistemdəki məlumatları yoxlayacaq.
Sonra “Waymo” əməkdaşı polisə bildirib ki, onlar videoyazıda insidentlə bağlı heçnə görmürlər.
Nəticədə qayda pozuntusuna görə cərimənin kimə göndərliəcəyi naməlum qalıb.
Bu halda polis əməkdaşı öz hesabatında “kompüterə sorğu göndərmək alınmadı” yazıb.
Bildirilir ki, “Waymo” şirkəti əvvəlcə problemi müzakirə etməkdən imtina etsə də, sonradan jurnalistlərin bu məlumatı işıqlandıracaqlarını söylədikləri üçün “Jaguar”ın bir-birinə zidd olan tikinti nişanları ilə qarşılaşdığı üçün düzgün istiqamətdə hərəkət edə bilmədiyini söyləyib.
Qeyd edək ki, ABŞ-də mövcud yol hərəkəti qanunları insan-sürücülər üçün hazırlandığı üçün avtonom avtomobillərə və ya taksilərə cərimələrin verilməsinə icazə verilmir.
Hüquqşünaslar deyirlər ki, bu, ciddi qanunvericilik boşluğudur və yaxın gələcəkdə aradan qaldırılmalıdır.
Namiq Musayev
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












