Polis vətəndaşın avtomobilindəki yükü dağıdıb? - DİN-dən AÇIQLAMA - VİDEO
Yol polisi
2 Aprel 2021 14:03

Şəmkirdə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının vətəndaşın avtomobilindəki yükün dağıtması iddia olunub. Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov oxu.az-a bildirib ki, sosial şəbəkələrdə Baş DYP-nin Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) Alayının 9-cu taqımının əməkdaşı barədə səsləndirilən iddialar həqiqətə uyğun deyil və böhtan xarakterlidir: “Qeyd edim ki, Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində VAZ-2106 markalı minik avtomobili normadan artıq yük aparaq, həm özü həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. YPX əməkdaşı həmin avtomobilə saxla işarəsi versə də, sürücü polis əməkdaşının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçmağa cəhd edib və nəticədə sərt manevr etdiyinə görə daşıdığı yük dağılıb. Araşdırmalar zamanı məlum olub ki, sürücü - Şəmkir rayon sakini Vüsal Həsənov sürücülük hüququ olmadan avtomobil idarə etdiyi üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, məsuliyyətdən yayınmaq istəyib. V.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.
“Məhkəmənin qərarı ilə sonuncu 150 manat miqdarında cərimə edilib”, - deyə DİN rəsmisi qeyd edib.
Oxunub : 2012
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












