Polisdən qorxan sürücü kəməri belə taxır - FOTO

İctimai nəqliyyatdan və manatlıq taksidən gündəlik istifadə etdiyim üçün maraqlı hadisələrlə, daha doğrusu qayda pozuntuları ilə rastlaşıram. Bəzi sürücülərin maraqlı söhbətləri də olur ki, bu da başqa bir söhbətin mövzusudur.
Bu günlərdə şəhərə gələrkən istifadə etdiyim manatlıq taksi sürücüsü artıq çürümüş “böyüklərə hörmət, sovet vaxtı olan tərbiyə, ədəb-ərkan” məsələsini ortaya atanda düşündüm ki cavab vermək vaxtıdır. Sürücüyə kəməri şəkildəki kimi taxdığını irad tutaraq bunun da qanuna hörmətsizlik olduğunu bildirdim. Sürücü cavabında dedi ki, Texniki Universitetin Avtonəqliyyat fakültəsini 1982-ci ildə bitirib və kəmər insanı qorumur. Nə üçün belə taxdığını dedikdə isə cavab bu oldu: polisdən qorxuram, görən kimi yazır.
Söhbətin qalan hissəsini deyib uzunçuluq etməyə lüzum görməsəm də, neçə gündür bir sual məni rahat buraxmır: ixtisasca avtomobil mütəxəssisi olan ağsaqqal kəmərin boş şey olduğunu iddia edirsə bunun təqdiri kimdədir: təhsil müəssisəsində, şəxsin ailə tərbiyəsində, yoxsa milli sürücülük modelimizdə?
Bir şeydən də əminəm ki, bu tip sürücülərlə yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün hələ çox iş görülməlidir.
Vüqar
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













