Polislər hansı hallarda cəzalandırılır? - CAVAB

Polislər hansı hallarda cəzalandırılır? Qanun bu barədə nə deyir? Onların məsuliyyəti varmı?
Avtosfer.az xəbər verir ki, hər bir dövlət orqanının əməkdaşı kimi, polis əməkdaşları da etdikləri hər bir hərəkət üçün məsuliyyət daşıyırlar. Burada əsas nöqtə edilən müdaxilənin əldə edilən nəticədə ilə mütənasib olmasına diqqət yetirilməlidir. Bu mütənasiblik pozulduğu hallarda isə hərəkəti edən polis əməkdaşına qanunla inzibati tənbehlərin tətbiq edilməsi gözlənilir. Daha dəqiq desək, aşağıdakı əsaslara görə polis əməkdaşları intizam məsuliyyətinə cəlb edilirlər;
* xidmət apararkən hüquqa zidd hərəkət etdikdə;
* xidmət və icra intizamını pozduqda;
* polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;
* “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquq pozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).
Azərbaycan Respublikasının Polis haqqında qanununun 33-cü maddəsinə əsasən Polis əməkdaşına aşağıdakı inzibati tənbehlər tətbiq edilə bilər;
1) məzəmmət;
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə aşağı salınması;
7) xidmətdən xaric edilmə.
Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.
(lent.az)
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












