Postlarda saxlanılan sürücülərə yol polisi hədiyyə verdi - FOTO - VİDEO

Bu gün Baş Dövlət Yol Polisi İdarəsi Yeni il ərəfəsində sürücülər arasında təbliğat xarakterli aksiyalar keçirib.
Avtosfer.az xəbər verir ki, tədbirlər Saray və Müşfiq qəsəbələrindəki YPX postlarında, eləcə də Bakı şəhəri ərazisində baş tutub.
Tədbirlərin keçirilməsində əsas məqsəd sürücülər arasında maarifləndirmə işi aparmaq, yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə onlara qaydaları izah etməkdir.
Aksiyalar zamanı yol hərəkəti qaydalarını pozan bir neçə sürücü saxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb, uzaq yola çıxarkən yuxulu və yorğun sükan arxasına keçməmək tövsiyə olunub, eləcə də belə vəziyyətlə üzləşdikdə yol polisinin stasionar postlarına yaxınlaşaraq qısamüddətli dincəlmək, sonra hərəkəti davam etdirmək barədə məlumatlar verilib.
Bununla yanaşı təhlükəsizlik kəmərindən istifadə, sükan arxasında mobil telefondan istifadənin yaratdığı təhlükələr və digər qayda pozuntuları barədə maarifləndirici söhbətlər aparılıb.
Saxlanılan nəqliyyat vasitələrinin sürcülərinə, eləcə də avtomobildə olan azyaşlı sərnişinlərə yol polisinin müxtəlif hədiyyələri təqdim edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




































