Qanunsuz sərnişin daşıyan avtobus sürücüləri cəzalandırıldılar - FOTO - VİDEO

Zaqatalada yol polisi profilaktik tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub. Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub.
Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















