Qarajda olan motosikletə yük maşının cərimələri gəlir: DYP-dən AÇIQLAMA – FOTOLAR

Vətəndaş Nəriman Kərimov Avtosfer.az-a müraciət edərək başına gələn hadisə ilə bağlı şikayət edib. Sürücü bildirir ki, ona məxsus 99-A-623 dövlət nömrə nişanlı motosikletə görə ona dayanmadan cərimələr gəlir. Eyni zamanda artıq sürücülük vəsiqəsində 10-da çox bal yığılıb. “Motosiklet istifadə olunmur və qarajda saxlayıram. Bir neçə gündür ki, 12 sürət radarına düşməklə bağlı mənə cərimə gəlib. Əksəriyyəti də böyük məbləğlərdir. 140, 90, 80, 200 manatlıq cərimələrdir. Mənə məxsus olan “ASANPay” sisteminə baxan zaman məlum oldu ki, radara düşən əslində yük maşınıdır. Sürücü nömrənin üzərindəki seriyanının bir hərfinin üstünü bağlayıb. Ona görə də radarlar avtomatik olaraq mənə gəlir.”
Vətəndaş deyir ki, sentyabr ayının 19-u Bakıdan Qazax istiqamətinə kimi 7, ayın 20-i Hacıqabula kimi 5 radar cəriməsi gəlib.
“Sürücülük vəsiqəmə 10-dan çox bal düşüb və cərimələr də get-gedə artır. Xahiş edirəm ki, Dövlət Yol Polisi bu məsələ ilə bağlı müvafiq addım atsın.”
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, məsələ araşdırılıb, texniki xəta aradan qaldırılıb.
Müraciət edən vətəndaş da Avtosfer.az ilə əlaqə saxlayaraq problemin həll olunduğunu bildirib. Operativ reaksiya verdiyi üçün DYP rəhbərliyi və Avtosfer.az kollektivinə təşəkkürünü bildirib.
Leyla
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO






















