Qazaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub - FOTO

Qazaxda Azərbaycan polisinin yaranmasının 105 illiyi qeyd olunub..
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə Qazax Rayon Polis Şöbəsində keçirilən bayram tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirin rəsmi hissəsi RPŞ-nin inzibati binasında davam etdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin, eləcə də digər qurumların rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirildikdən sonra Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.
Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbirdə çıxış edərək Azərbaycan polisinin, o cümlədən Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçdikləri şərəfli yoldan danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin Azərbaycan Polisi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



















