Qazilərin nəqliyyat sahəsindəki problemləri yol polisi ilə müzakirə olunub - FOTO - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə qrant müsabiqəsi çərçivəsində “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər ” adlı layihə davam edir.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində artıq iki geniş görüş keçirilib. 100-dən artıq qazi ilə görüşlər təşkil olunub və onların problemləri dinlənilib.
Görüşlər zamanı Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev və təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Rey Kərimoğlunun Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev ilə görüşü təşkil olunub.
Görüşdə “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyinin sədri Ərşad Hüseynov, təşkilatın sədr müavini Elməddin Muradlı iştirak edib. Görüş zamanı qazilərin nəqliyyat problemləri müzakirə olunub. Müzakirə zamanı qazilərin cərimə borcları məsələsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Təkliflər bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə DYP ilə birgə müvafiq təkliflər ətrafında müəyyən işlər aparıla bilər.
Xatırladaq ki, layihə çərçivəsində ərizə formaları tərtib olunub ki, qazilərin problemləri ilə bağlı ölkə başçısına və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















