Qeyri-etik hərəkətlər görə daha bir taksi sürücüsü həbs edildi

Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.
Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.
İstintaq hərəkətləri davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












