Yol polisi qəzaların səbəbini açıqladı - Hər gün 11-12 min...

DİN Baş DYP İdarəsinin sürücülərə müraciəti yayılıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, son günlər koronavirus (COVİD-19) infeksiyasına yoluxan insanların sayının azalması və respublika ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminin yumşaldılması ötən günlərlə müqayisədə yollarda hərəkətdə olan nəqliyyat vasitələrinin, eyni zamanda sürücülər tərəfindən törədilən yol hərəkəti qayda pozuntularının sayının artmasına təsir edib. Belə ki, respublika ərazisində gün ərzində ümumilikdə 11-12 min fakt (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə elektron formada qeydə alınan 6-7 min fakt) yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın aşkar edilməsi, dövlət yol polisi əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin olunması üçün qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq ağır yol-nəqliyyat hadisələrinin də baş vermə riskini artırır.
Qeyd olunanları nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün Baş DYP İdarəsi bir daha bütün sürücülərdən intizamlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












