Qubadlı yol polisi qayda pozan piyadaları cərimələyib - VİDEO

Qubadlı rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təin edilməsi və piyadaların vurulası ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd təşkil olunub. Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarıfləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Reyd zamanı polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib. Eyni zamanda piyada keçidlərində piyadalara yol verməyən sürücülər barəsində də tədbirlər görülüb.
Qubadlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Təbriz Şamxalov müsahibəsində qeyd edib: “Cəmiyyətdə geniş yayılmış və vətəndaşlarda narazılıq doğuran hüquq pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müxtəlif bölgələrində Dövlət Yol Polisi əməkdaşları tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. O cümlədən, Qubadlı rayon Dovlət Yol Polisi əməkdaşları tərəfindən Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində tədbirlərlə bağlı geniş profilaktik söhbətlər aparılmış, inzibati məsuliyyətə cəlb olunun sürücülərə müvafiq protokollar tərtib edilərək inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmçinin piyada keçidindən düzgün istifadə etməyən piyadalara da Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 338.1-ci maddəsinə əsasən müvafiq protokollar tərtib edilmişdir.”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












