Qulaqlıqdan istifadə yolda təhlükədir - DYP-dən PİYADALARA ÇAĞIRIŞ - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin bütün iştirakçılarına, xüsusilə piyadalara müraciət edərək qulaqlıqdan istifadənin yaratdığı təhlükələrə diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir və nəticədə reaksiya vermək üçün zəruri vaxt itirilir.
Baş DYP İdarəsi xüsusilə vurğulayır ki, piyada keçidlərində belə diqqətsizlik ağır və arzuolunmaz nəticələrə səbəb ola bilər.
Qurum piyadalara tövsiyə edir ki, yolu keçməzdən əvvəl qulaqlıqları çıxarsınlar, ətraf mühitə tam diqqət yetirsinlər və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yolda təhlükəsizlik hər kəsin məsuliyyətidir.

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












