Saatlıda yol polisi reyd keçirdi: bir neçə sürücü cəzalandırılıb - FOTO

Saatlıda "Təmiz hava" aylığı çərçivəsində tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi Bölməsinin və ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb. Qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati tənbeh tədbiri görülüb. Bundan əlavə, tədbirlər zamanı nəqliyyat vasitəsini sərxoş və narkotik vasitənin təsiri altında idarə edən üç sürücü də müəyyən edilib. Həmin sürücülər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunub.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















