Sabunçu DYP isti havada vətəndaşlara belə xidmət etdi - VİDEO - FOTO

İsti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib. İctimai qaydanın və ictimai təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində bu istiqamətdə maarifləndirmə işləri aparır.
Sabunçu rayonu ərazisində olan çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin etmək məqsədilə gücləndirilmiş iş rejiminə keməçilib.
DYP əməkdaşları yollarda yaranan tıxacın qarşısınının alınması məqsədilə işlər aparır. Eyni zamanda sürücülərə maarifləndirici tövsiyələr verilir. Onlara spritli içki qəbul edərək sükan arxasında oturmamaq, çimərlik ərazilərində azyaşlılara avtomobil verməmək, avtoxuliqanlıq hərəkətlərinə yol verməmək bildirilir.
Həmçinin ümumi olaraq qaydalara riayət etməklə özlərinin və digərlərinin təhlükəsizliyini düşünmək diqqətə çatdırılır.
Vətəndaşlar da polisin işindən razılıqlarını ifadə edərək isti havada bu cür xidmətə görə təşəkkürlərini bildiriblər.
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















