Sabunçu DYP reyd keçirdi: sürücülər maarifləndirildi - VİDEO

Bu gün Sabunçu rayon Dövlət Yol polisi Şöbəsinin əməkdaşları rayon ərazisində "Təmiz hava aylığı" çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, reyd zamanı sürücülər saxlanılıb və avtomobillərdən ixrac olunan zərərli qazların miqdarı yoxlanılıb.
Sevindirici haldır ki, əksər avtomobillərdə zəhərli qazların miqdarı normalar çərçivəsində olub.
Normadan az artıq zərərli qazlar ixrac edən avtomobillərin sürücülərinə xəbərdarlıq edilib və onlarla maarifləndirici söhbətləri aparılıb.
Eyni zamanda zəhərli qazların miqdarı normadan çox olan avtomobillərin sürücüləri barəsində İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərinə uyğun olaraq 50 manat məbləğində cərimə tətbiq olunub və avtomobilləri təmir etmək tövsiyə edilib.
Qeyd edək ki, bu cür tədbirlər mütəmadi olaraq "Təmiz hava aylığı" çərçivəsində davam etdiriləcək.
Xatırladaq ki, may ayının 1-dən 31-ə qədər ölkə ərazisində "Təmiz hava aylığı" altında tədbirlər keçirilir.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












