Sabunçu yol polisi məktəblərin açılması ilə bağlı tədbirlər keçirib - FOTO - VİDEO
Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları məktəblərdə əyani tədrisin başlaması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirir.
Bu gün Avtosfer.az-la birlikdə rayon ərazisində yerləşən, daha çox yol kənarlarında olan məktəblərdə maarifləndirmə işləri aparılıb.
Əsas məqsəd təhsil ocaqlarının qarşısında təhlüksəzilyin təmin edilməsi, azyaşlıların iştirakı ilə baş verən yol qəzalarının qarşısının alınması və bu hadisələrin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çatışmayan yol nişanlarının qoyulması, yararsız nişanların yenilənməsi, həmçinin nişanlanma xətlərinin çəkilməsi olub. Eyni zamanda məktəblərin qarşısında dayanma-durma qaydalarını pozan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Rayon yol polisi şöbəsinin əməkdaşları həmçinin məktəblərin önünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış xüsusi maarifləndirici plakatlar vurub.
Qeyd edək ki, lövhələrdə şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












