Sabunçuda piyada və sürücülərə qarşı birgə reyd keçirilib - FOTO - VİDEO

Çoxsaylı vətəndaşların müraciəti əsasında hüquqazidd hərəkətlərin qarşısının alınması üçün yol polisi gücləndirilmiş iş saatı ilə xidmət təşkil edib. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi rəsisinin əmrinə əsasən əlavə tədbirlər planı hazırlanıb. Bu tədbirlər planının tələbinə uyğun Bakı şəhərinin inzibati ərazisi küçə və yollar yol polisi tərəfindən tam nəzarətə götürməklə xidmət təşkil edilib. Belə ki, yollarda nəqliyyat hadisələrinin qarşısının alınması xüsusilə piyadaların avtomobillərlə vurulması, yarana biləcək süni sıxlığın qarşısının alınması üçün proflaktiki tədbirləin görülməsi, yol hərəkət qaydalarını kobud şəkildə pozulması və digər hallara qarşı mübarizə tədbirləri davam edir. Proflaktiki tədbirlərin keçirilməsi ilə yanaşı inzibati tənbeh tədbirlərinin də tətbiq eidlməsi üçünbu gün yol polisləri fəaliyyət göstərir.
Bu gün Sabunçu rayon Dövlət Yol polisi Şöbəsi tərəfindən rayon ərazisində piyadaların hərəkətinin intensiv olduğu küçə və yollarda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər zamanı piyadalara yol verməyən sürücülər aşkarlanıb. Onların barəsində qanunla müvafiq qaydada tədbirlər görülüb. Eyni zamanda onlarla marifləndirici söhbətlər aparılıb. Piyadalara qarşı diqqət göstərilməsi, piyada zolaqlarına piyadlarla bağlı xəbardaredici və məlumatverici nişanlara diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Həmçinin piyadalar tərəfindən yol hərəkət qaydalarının kobud şəkildə pozulması qəza şəraitinin yaradılması kimi hallar da aşkarlanıb.
Piyadalarla maarifləndirici söhbətlər aparmaqla yanaşı kobud şəkildə qayda pozuntusna yol verən 200-ə yaxın piyada müvafiq qaydada cərimə edilib.
Qeyd edək ki, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi və şəxsi heyəti bu kimi tədbirləri davam etdirir.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















