Sabunçuda qayda pozan sürücü və piyadalar aşkarlandı; cərimələnənlər var - VİDEO - FOTO

Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, rayonun müxtəlif ərazilərində baş tutan tədbirlər zamanı qayda pozan minik, avtobus və yük avtomobili sürücüləri aşkarlanıb, onlarla söhbətlər aparılıb və inzibati qaydada protokollar tərtib olunub.
Avtobusu dayanacağında, eləcə də dayanma-durmanın qadağan olunduğu yerlərdə avtomobil saxlayan sürücülər də cərimə olunub, onlarla proflaktiki söhbətlər aparılıb. Bəzi sürücülərə xəbərdarlıq edilib.
Tədbirlər zamanı qadağan olunan saatlarda yola çıxan, maşını səkidə saxlayan, dövlət qeydiyyat nişanı yararsız halda olan, həmçinin avtomobilində konstruksiya dəyişiklikləri edilmiş sürücülər aşkarlanıb.
Gündüz saatlarında işıq cihazlarından istifadə edən sürücülərə də xəbərdarlıq edilib. Eyni zamanda avtomobilin üzərinə müxtəlif yazılar yazan sürücülərə bu əməlin təhlükəsi izah olunub. Bildirilib ki, bununla digərlərinin diqqəti yayına və qəza baş verə bilər.
Tədbirlər zamanı yol hərəkəti qaydalarına əməl etməyən piyadalar da aşkarlanıb. Lakin sevindirici haldır ki, ötən illərə nisbətən rayon ərazisində qayda pozan piyadaların sayında ciddi şəkildə azalma müşahidə olunur. Daha əvvəllər keçirilən tədbirlər zamanı piyadalar hətta yol polisinin gözü qarşısında qaydaları kobud şəkildə pozur və avtomobillərə təhlükə yaradırdı. Bu dəfə isə insanların keçiddən istifadə etdiyi müşahidə olundu. Bu da həyata keçirilmiş tədbirlərin nəticəsi kimi qiymətləndirilir.
Əsasən maaifləndirmə xarakteri daşıyan tədbirlərdə yol polisi əməkdaşları sürücü və piyadalara qayda pozuntularını izah etməklə yanaşı onlara gələcəkdə diqqətli olmağı və özlərinin, digərlərinin təhlükəsizliyi üçün qanunlara əməl etməyin vacibliyini xatırladıb.
Qeyd edək ki, Sabunçu rayon DYP Şəbəsi tərəfindən mütamadi olaraq keçirilən bu tədbirlər nəticəsində rayon ərazisində yol qəzalarının, xüsusilə də piyadavurmaların sayında ciddi azalma müşahidə edilir.
Tədbirlərdən hazırlanmış geniş reportajı təqdim edirik:
Orxan
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO




























