Sabunçuda yol polisi tərəfindən növbəti tədbir: xəbərdarlıq, cərimə, təşəkkür - VİDEO

Sürücüləri saxlayıb avtomobilləri yoxladılar, cərimlər yazıldı, xəbərdarlıq olundu. Bəzi sürücülərə təşəkkür edildi.
Avtosfer.az xəbər verir ki, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları rayon ərazisində keçirdiyi növbəti maarifləndirici tədbirdə sürücülərlə proflaktiki söhbətlər aparılıb.
Yol polisi əməkdaşları “Təmiz hava aylığı” çərçivəsində tədbirlərin mahiyyətini izah edərək bunun insan sağlamlığı və ərtaf mühitin qorunmasına müsbət təsirlərindən danışıblar.
Eyni zamanda avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı xüsusi avadanlıqla ölçülüb. Həm dizel, həm benzin, həm də qazla işləyən avtomobillər yoxlanılıb.
Son illər aparılan maaifləndirmə işləri nəticəsində əksər avtomobillərdə ixrac olunan zərərli qazların miqdarı normalar çərçivəsində olub. Lakin idarə etdiyi avtomobili nasaz vəziyyətdə saxlayan sürücülərə də rast gəlib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 342.-ci maddəsinin tələblərinə uyöun olaraq protokol tərtib olunub və avtomobili təmir etdirmək tövsiyə olunub.
Xatırladaq ki, may ayının 1-dən 31-ə qədər ölkə ərazisində “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















