Sahibi öldüyü deyilən maşına cərimələr necə yazılıb? – DYP AÇIQLADI - FOTO

Bir neçə gün əvvəl 10-UH-636 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobilin sahibinin 4 il əvvəl həyatını itirdiyi və həmin maşının bu müddət ərzində idarə olunmamasına baxmayaraq cərimə edilməsi ilə bağlı xəbərlər paylaşılmışdı.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik-leytenant Rövşən Tağıyev məsələyə aydınlıq gətirib.
Şöbə rəisi bildirib ki, Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminin məlumatı əsasında müəyyən olunub ki, avtomobil son dörd il ərzində paytaxt ərazisində mütəmadi idarə edilib və çoxsaylı qayda pozuntuları törədib.
“Həmin qayda pozuntuları ilə bağlı elektron qərarlar mərkəzi informasiya sisteminin məlumatı əsasında hazırda qüvvədə olan etibarnaməyə görə Şamil Rzayevin adına çıxarııb. Avtomobili faktiki idarə edən şəxsin vəsadəti əsasında qayda pozuntuları inzibati xətanı törədənin adına dəyişdirilə bilər. Ancaq bütün bunlar qayda pozuntusunun mövcud olması faktını dəyişmir”.
Məhəbbət Tərlanoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












