Şamaxıda qaydalara riayət etməyən sürücülər cərimələnib - FOTO

Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb.
Yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin, keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən şəxslər də polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO















