Samiraldo yol polisinə salam göndərib sonra üzr istədi - Maraqlı səbəb - VİDEO
Yol polisi
18 Fevral 2021 14:03

Hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) polisə salam göndərdiyi üçün üzr istəyib. Avtosfer.az yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında görüntülərini paylaşan stilist video vasitəsilə salam göndərdiyi yol polisini tanımadığını deyib: “Bildiyiniz kimi, mən tələbat olan insanam, hər gün məclisdəyəm. Hər gün tanımadığım insanlar yanıma gələrək xahiş edirlər, kiməsə salam göndərirəm, video çəkirəm və s. Amma bu yaxınlarda tanımadığım bir insan gəldi, rica etdi ki, Xaçmaz yol polisinin əməkdaşı Elnuru salamlayım. Mənim bütün polislərə həmişə hörmətim olub, çünki daim bizim keşiyimizdə durub, bizi qoruyublar. Mən bu xahişi böyük məmnuniyyətlə yerinə yetirib, onlara salam göndərdim. Bilsəydim ki, bu qədər söz-söhbət olacaq heç o salamı göndərməzdim. İnanın ki, mən Elnur adlı polisi heç tanımıram, sadəcə məndən xahiş etdilər, mən də Xaçmaz yol polisini salamladım. Əgər nəsə problem yaratmışamsa, buna görə üzrxahlıq edirəm. Mən gün ərzində yüzlərlə insana salam göndərirəm, ona görə üzr istəyirəm”.
Stilistin bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir çoxu polis tərəfindən Samiraldoya təzyiq olunduğunu iddia ediblər.
Həmin görüntüləri təqdim edirik:
Oxunub : 4994
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












