Şəhid polis əməkdaşlarının xatirəsinə cüdo yarışı keçirilib - FOTO - VİDEO

Bu gün Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında (ƏÇPA) antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə idman turniri keçirilib.
Polis əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, onların valideynləri, övladları, DİN-in İdman Cəmiyyətinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndləri və digər qonaqlar iştirak ediblər. Yarışdan əvvəl ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Çıxış edən şəhid ailələrinin nümayəndələri, eləcə də polis əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirələrinin həmişə uca tutulduğunu və onların dövlətin ali rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar.
Daha sonra yarışlara start verilib. Qalib idmançılar medal və fəxri fərmanlarla təltif ediliblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















