Şəki DYP maarifləndirmə işlərini davam etdirir - FOTO

Bu gün Şəki Dövlət Yol Polis Bölməsi, şəhər 11 saylı tam orta məktəbinin 6 - 9 -cu sinif şagirdləri ilə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda virtual tədbir keçirib. Tədbirə qatılan , məktəbin bir çox müəllimləri çıxış edərkən,bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər. Tural Niftalıyev çıxış edərkən 2020-ci il ərzində Respublika üzrə qeydə alınmış qəzaların 41.8%-nin piyadaların vurulması təşkil etdiyini eyni zamanda, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 42 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib. O cümlədən Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmənin həlak olduğunu, 133 nəfərin isə xəsarət aldığını qeyd edən Tural Niftalıyev, bunun Daxili İşlər Nazirliyində ciddi Narahatçılıq doğurduğunu,bu səbəbdən də təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına zərurət yarandığını bildirib.
Tural Niftalıyev onuda qeyd edib ki, apardığımız profilaktiki tədbirlər müsbət nəticə verib,Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində 2020-ci il ərzində baş vermiş yol nəqliyyat hadisələrindən , heç biri piyadanın təqsirindən baş verməyib. Əldə olunmuş bu müsbət nəticənin cari ildədə qorunub saxlanılması üçün təhsil müəssisələrində profilaktiki tədbirlər davam etdirilməlidir. Koronavirus pandemiyası ilə əlaqədar, ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bu tədbirlərin virtual keçirilməsi nəzərdə tutulub. Tural Niftalıyev, "Piyadanın vəzifələri"barədə ətraflı məlumat verdikdən sonra,
məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK

















