Şəki DYP maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Bu gün Şəki Şəhər İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Polis Şöbəsi, Dövlət Yol Polis Bölməsi, Rayon Mərkəzi Xəstəxanası və şəhər ümumtəhsil müəssisələrinin qatıldığı virtual tədbir, “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda keçirilib.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən bildirib ki, 2020-ci il ərzində Respublika üzrə qeydə alınmış qəzaların 41.8%-i, yəni 1587 hadisədən 664-ü piyadaların vurulması ilə bağlı olmuşdur ki, nəticədə 306 nəfər həlak olmuş, 389 nəfər xəsarət almışdır. Eyni zamanda, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 42 yol-nəqliyyat hadisəsi baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 35 uşaq və yeniyetmə həlak olmuş, 133 nəfər xəsarət alımışdır.
2020-ci il ərzində Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində baş vermiş yol-nəqliyyat hadisələri təhlil edilmiş və ümumi yol-nəqliyyat hadisələrindən 4-nün (40%) piyadanın vurulması ilə nəticələndiyi müəyyən edilmişdir.
Baş vermiş hadisələrdən 2-si azyaşlıların iştirakı ilə baş vermişdir. Həmin hadisələrdən 1-i azyaşlı uşağın (4 yaş) avtomobillə vurularaq həlak olması, 1-i isə azyaşlı uşağın (9 yaş) avtomobillə vurularaq xəsarət alması ilə nəticələnmişdir ki, bununla bağlı dərhal tərəfimizdən nəzarət işi açılaraq müvafiq tədbirlər görülmüşdür.
Lakin, apardığımız profilaktiki tədbirlər müsbət nəticə vermiş, həmin hadisələrdən heç biri piyadaların təqsirindən baş verməmişdir. Əldə olunmuş bu müsbət nəticənin cari ildədə qorunub saxlanılması üçün təhsil müəssisələrində profilaktiki tədbirlər davam etdirilməlidir. Koronavirus pandemiyası ilə əlaqədar, ölkə ərazisində tətbiq edilən karantin dövründə bu tədbirlərin virtual keçirilməsi nəzərdə tutulmuşdur. Sonda Tural Niftalıyev, təhsil müəssisələri ilə bu istiqamətdə tədbirlərin keçirilməsinə təşkilatçılıq edərək şərait yaradıldığı üçün Şəki Şəhər Təhsil Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
DİN-dən Qarabağa səyahət etmək istəyənlərə XƏBƏRDARLIQ - FOTO - VİDEO
Bayram günlərində DYP gücləndirilmiş rejimdə xidmət edəcək - VİDEO
DYP tərəfindən avtovağzalda maarifləndirici görüş keçirildi - VİDEO
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi














