Şəki DYP məktəblilər arasında maarifləndirmə işlərini davam etdirir - FOTO

Bu gün Şəki Dövlət Yol Polis Bölməsi, şəhər 17 saylı tam orta məktəbinin 6 - 9 -cu sinif şagirdləri ilə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda virtual tədbir keçirib. Məktəbin direktoru Gülnarə Nəsibova çıxış edərkən,bu cür maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə minnətdarlığını bildirib. Tural Niftalıyev çıxış edərkən 2020-ci il ərzində Respublika üzrə qeydə alınmış qəzaların 41.8%-nin piyadaların vurulması təşkil etdiyini eyni zamanda, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 42 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib. Tural Niftalıyev, bunun Daxili İşlər Nazirliyində ciddi narahatçılıq doğurduğunu,bu səbəbdən də təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılmasına zərurət yarandığını bildirib.
Tural Niftalıyev onuda qeyd edib ki,Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktiki tədbirlər müsbət nəticə verib,Şəki Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində 2020-ci il ərzində baş vermiş yol nəqliyyat hadisələrindən , heç biri piyadanın təqsirindən baş verməyib. Əldə olunmuş bu müsbət nəticənin cari ildədə qorunub saxlanılması üçün təhsil müəssisələrində profilaktiki tədbirlər davam etdiriləcəkdir. Koronavirus pandemiyası ilə əlaqədar, ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bu tədbirlərin virtual keçirilməsi nəzərdə tutulub.Tədbir,diskusiya şəklində çox maraqlı və yadda qalan olub.Məktəblilərə yoxlayıcı suallar verən Tural Niftalıyev, "Piyadanın vəzifələri"barədə ətraflı məlumat verdikdən sonra,
onları maraqlandıran sualları cavablandırıb.
DYP-dən qayda pozan avtobus sürücülərinə XƏBƏRDARLIQ
DYP-dən hava limanı yolu ilə bağlı sürücülərə MÜRACİƏT
Həftəsonu rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR












