Şəki DYP təhlükəsizlik tədbiri keçirib - FOTO - VİDEO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları, Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 09 aprel 2021-ci il tarixdə, xidməti ərazidə təhlükəsizlik tədbiri keçirib. Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bildirib ki, 2020-ci il ərzində, respublika üzrə qeydə alınmış qəzaların 41.8%-i piyadaların vurulması ilə bağlı olmuşdur. Şəki Dövlət Yol Polis Bölməsi piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə, 09 aprel 2021-ci il tarixdə, Şəki şəhəri ərazisində sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə, mübarizə tədbirlərini gücləndirib. 09 aprel 2021-ci il tarixdə keçirilən təhlükəsizlik tədbiri zamanı, Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən, qeyd olunan qayda pozuntuları ilə bağlı 22 fakt aşkar edilərək, həmin hərəkət iştirakçıları barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















